04 oktyabr 2018 13:31

«Oba» və «Araz»larda Cocuq Mərcanlı mallarının – SATIŞI BAŞLANDI

Oktyabrın 3-ündə İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə işğaldan yeni azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində istehsal olunan kənd təsərrüfatı məhsullarının satışı ilə bağlı tədbir keçirilib. FED.az xəbər verir ki, tədbirdə məhsulların alışını həyata keçirmək üçün OBA marketlər şəbəkəsi də təmsil olunub.

 

OBA marketlər şəbəkəsi Cocuq Mərcanlıda istehsal olunan kənd təsərrüfatı məhsullarının daimi alışını reallaşdıraraq Bakıdakı filiallarında satışını həyata keçirəcək. OBA marketlərin ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Elvin Babayev bildirib ki, bu gün ilk məhsullar OBA marketlərin bir neçə filialında satışa çıxarılıb. Cocuq Mərcanlıdan gətirilən məhsullara müştərilərin marağı böyük olub. Məhsullar marketlərdə satışa çıxarıldıqdan bir neçə saat sonra bitib.

 

2017-ci ildə OBA marketlər şəbəkəsinin Cocuq Mərcanlıda kənd əhalisinin ucuz və keyfiyyətli məhsullarla təmin olunması və yeni iş yerlərinin yaradılması məqsədi ilə ilk marketinin açdığını deyən E.Babayev yaxın gələcəkdə bütün Qarabağda marketlər açmağı arzuladığını qeyd edib. 

 

Xatırladaq ki, Cocuq Mərcanlı kəndi Qarabağa böyük qayıdışın ilk addımıdır. Kənddə fəaliyyət göstərən ilk və tək marketlər şəbəkəsi də elə OBA marketdir.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz