04 oktyabr 2018 11:15

«Məhsullarımızı mobil telefonla satacağıq» – PEŞƏKAR SIĞORTAÇI İLƏ MÜSAHİBƏ

Azərbaycanın tanınmış “Avand Sığorta Brokeri” MMC bir yaşını qeyd edir. FED.az biznes maliyyə saytı şirkətin Direktorlar Şurasının sədri, sığorta bazarının tanınmış peşəkarlarından olan Orxan Həsənovun müsahibəsini təqdim edir.  
 
- Orxan müəllim, şirkətinizin fəaliyyətə başlamasından artıq bir il keçir. Bu bir ildə hansı işlər görülüb və indi “Avand Sığorta Brokeri” hansı xidmətlər göstərir?
 
- Doğrudan da şirkətimiz bir il əvvəl  - 2017-ci il oktyabrın 2-də SB-003 saylı Lisenziya əsasında fəaliyyətə başlayıb və qısa müddət ərzində ölkənin broker bazarında nüfuzlu şirkətə çevrilib. Cəmiyyətin işçi heyəti Azərbaycanın sığorta sektorunda 20 ildən artıq təcrübəsi olan və beynəlxalq sığorta təlimləri keçmiş peşəkar sığortaçılardan ibarətdir. Hazırda şirkətin peşəkar komandası tərəfindən müştərilərə sığorta və təkrarsığorta üzrə vasitəçilik xidmətləri göstərir.
 
- Şirkətin beynəlxlaq maliyyə quruları ilə əməkdaşlığı barədə nə deyə bilərsiniz?   
 
- Fəaliyyət göstədiyi bir il müddətində şirkət yerli və xarici maliyyə qurumları ilə, o cümlədən ictimai birliklərə əməkdaşlığını da genişləndirib. Belə ki, şirkət Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) üzvlüyünə qəbul edilmiş, 2018-ci ildən isə dünya üzrə tanınmış, nüfuzlu “United İnsurance Broker”nin Azərbaycandakı təmsilçisi seçilib.
 
- Şirkətinizin əsas hədəfləri hansılardır?
 
- “Avand Sığorta Brokeri”nin üç illik strategiyası hazırlanıb ki, burada prioritet məsələlərdən biri xaricdən yerli sığorta bazarına risklərin cəlb edilməsidir. Bu sahədə Azərbaycanın yeganə təkrarsığorta şirkəi olan AzRe şirkəti ilə intensiv əməkdaşlıq əlaqələri artıq qurulmuşdur. Bununla yanaşı, digər yerli sığorta şirkətlərilə də bu sahədə əməkdaşlığı genişləndirmək niyyətindəyik.   Eyni zamanda sığorta və təkrarsığorta əməliyyatlarında xarici sığorta bazarı ilə sıx əməkdaşlıq etmək, yerli sığorta şirkətlərinə etibarlı beynəlxalq reytinqli təkrarsığortaçıların seçilməsində uğurla vasitəçilik xidməti göstərir.
 
- Beynəlxalq sığorta şirkətləri ilə hansı sahələrdə əməkdaşlıq edirsiniz?
 
- Xarici sığorta şirkətlərinin iri həcmli energetik, marine, aviasiya risklərinin yerləşdirilməsi üçün yüksək reytenqli şirkətlərdə əlverişli şərtlərlə  təkrarsığortasını, o cümlədən yerli sığorta şirkətlərinə retrosesiya (təkrarsığortaya qəbul edilən risklərin sığortalanması) imkanları ilə təmin edirik. Belə bir geniş imkanların yaradılmasında “Avand Sığorta Brokeri” Lloydun ən iri brokerlərindən olan UIB şirkətinin təmsilçisi seçilməsidir. 2018-ci ildə UİB-nin Azərbaycanda təmsilçisi olması barədə Cəmiyyətimizlə UİB arasında müqavilə imzalanıb. Hazırda partnyorumuz olan UİB vasitəsilə neft və qeyri neft sektorunda böyük sığorta layihələrində iştirak etmək üçün tərəfimizdən əməli tədbirlər görülür.
 
- Hazırda Azərbaycanda diqqət mərkəzində olan əsas sığorta növlərindən biri də kənd təsərrüfatında sığortadır. Bu sahədə “Avand Sığorta Brokeri” hansı işlər görür?
 
- “Avand Sığorta Brokeri” spesifik sığorta sahələrindən olan kənd təsərrüfatı sığortaları, eləcə də həyat sığortaları və digər sahələr üzrə UİB vasitəsilə dünyanın ən iri şirkətlərindən olan  Hannover, SwissRe, Münih Re, ilə treaty (obliqator) təkliflərin alınmasını həyata keçirmək imkanına malikdir. Bu istiqamətdə də işimizi davam etdiririk.        
 
- Şirkətin gələcək planları barədə nə deyə bilərsiniz?
 
- Strategiyamızda hədəflərdən biri yerli bazarda peşəkar satışın təşkil edilməsidir. Bu məqsədlə bir çox şirkətlərin onlayn satış proqramı inteqrasiyası istiqamətində müvafiq işlər aparılır ki, tam sərbəst şəkildə sığorta şirkətləri adından sığorta şəhadətnamələrinin satışı həyata keçirilə bilsin. Bununla yanaşı, birbaşa saytımızdan onlayn satış və mobil telefonlar vasitəsilə də saytımıza daxil olaraq sığorta şəhadətnamələrin satışını təşkil etmək niyyətindəyik.
Şirkətimizin əsas missiyası yerli sığorta bazarında şirkətlərə satış dəstəyinin verilməsidir ki, bu məqsədlə də gələcəkdə satış kanallarının genişləndirilməsini və inkişafını nəzərdə tuturuq. Yaxın dövr üçün planlarımızda korporativ saytın hazırlanması, sayt vasitəsilə onlayn satışların həyata keçirilməsi, eləcə də əməkdaşlıq etdiyimiz sığorta şirkətlərinin məhsullarının təbliğat işlərini həyata keçirmək nəzərdə tutulub. Yerli şirkətlərin etibarlı təkrarsığortasını təmin etmək məqsədilə dünyanın reytinqli şirkətlərilə Treaty müqavilələrinin bağlanmasın təmin etmək də bizim prioritet işlərimizdən biridir.  
Həmçinin, xarici sığorta və təkrarsığorta şirkətləri ilə əlaqələrin genişləndirilməsi, yerli sığorta şirkətlərinin qəbul etdiyi risklərin UIB təmsilçisi kimi yüksək reytenqli xarici təkrarsığortaçılarda yerləşdirilməsini, eyni zamanda xarici sığorta şirkətlərində qəbul edilmiş risklərin yerli bazarda təkrarsığortasını və retrosesiyasının təmin edilməsi əsas hədəflərimizdən biri hesab olunur.   
 
- Hazırda hansı sığorta şirkəti ilə əməkdaşlıq edirsiniz?
 
- Azərbaycanda fəaliyyət göstərən demək olar ki, bütün sığorta şirkətlərilə əməkdaşlıq müqaviləsi imzalanmış və hazırda strategiyamıza uyğun olaraq şəhadənamələrin satışını həyata keçiririk.
Şirkətin yeni yaranmasına baxmayaraq qısa zamanda böyük işlər görən işçi kollektivinə öz dərin təşəkkürümü bildirirəm. Gələcəyə daha inamlı, qəti addımlarla irəliləməyi arzulayıram və buna inanıram.  
 
- Orxan müəllim, müsahibəyə görə təşəkkür edir, sizə uğurlar arzulayırıq!
 
- Təşəkkür edirəm
 
 
 
 
 
 
 

 

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz