03 oktyabr 2018 11:36

Avtobus qəzasındakı sərnişinlərə sığorta ödəniləcək – AÇIQLAMA

Oktyabrın 1-də 160 saylı marşrut avtobusunda insan tələfatı ilə nəticələnən qəzada vəfat edən sərnişinlərin ailələri, eləcə də xəsarət alanlar sığorta ödənişi almalıdır. FED.az xəbər verir ki, bu barədə sığorta eksperti İlkin İbrahimov bildirib.

 

Onun sözlərinə görə, bu «İcbari sığortalar haqqında» qanunda nəzərdə tutulub. Həmin qanuna görə "ölkəmizdə avtonəqliyyat vasitələrinin icbari sığortası" bütün maşınların sığoryalanmasını məcburi edir. Hətta artıq sığorta rtməyənlər DYP nin radarları ilə avtomatik müəyyən edilərək avtomobil sahiblərinə cərimələr tətbiq olunur. Yəni həmin sığortanın mahiyyəti o deməkdir ki, sığorta olunan avtomobil qarşı maşına (əmlaka) dəymiş ziyan üzrə 5000 azn , sağlamlığa dəymiş ziyana görə isə 1 hadisə üzrə 50000 azn məbləğində sığorta ödənişi olunur.

 

Bu tələb icbari sığortalar haqqında qanunla tənzimlənir. Baş vermiş qəza ilə bağlı əgər göstərilən məbləğdən artıqdırsa bu zaman qalan məbləğə görə avtomobil sahibi məsuliyyət daşıyır. Sağlamlığa dəymiş ziyan isə xüsusi diqqət yetirilmişdir. Əgər zərərvuran avtomobilin icbari sığortası olmasa belə, sağlamlığa dəymiş zərər yenə də ödənir. Bu ödənişi İcbari Sığorta Bürosu həyata keçirir.

 

Konkret olaraq 160 saylı marşrutla bağlı demək istəyirəm ki, mətbuatdan oxuduğum versiyaya əsasən günah marşrut sürücüsündə olsa , marşrut sürücüsündən başqa avtomobildəki şəxslərə, xəsarətin dərəcəsindən asılı olaraq ümumilikdə 50000 min manatı keçməməklə sığorta ödənişi düşəcək. Xəsarətin dərəcəsindən asılı olaraq sığorta ödənişləri aşağıdakı qaydada olacaq.

 

Ölüm halına görə-5000 azn, yüngül xəsarət-750 azn, az ağır -1500azn, ağır 1500 azn , ağır sonradan bu hal üzrə əlilliyə çevrilərsə yenidən 1500 azn yəni ümumi 3000 azn sığorta ödənişi veriləcək. Qeyd edim ki, xəsarətin dərəcəsi məhkəmə tibbi ekspertizasının verdiyi rəy əsasında müəyyən edilir».

 

Bunnula yanaşı, qeyd edək ki, əgər avtobusda sürücünün yaxın qohumlrı varsa, həmin şəxslər kompensasiya almayacaq – qanunda belə nəzərdə tutulub.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz