Oktyabrın sonunda Azərbaycan hökuməti tərəfindən yerli istehsalın təşviqi və bazarın qorunması üçün tətbiq olunan bir sıra qida və qeyri-ərzaq məhsulları üçün proteksionist gömrük rüsumlarının qüvvədə olma müddəti başa çatır (23 sentyabr 2016-cı il tarixli 367 saylı Qərar, http://www.e-qanun.az/framework/33848,).
FED.az xəbər verir ki, bu ilin altı ayında Azərbaycana 60 ton soğan idxal edilib, bunun üçün idxal rüsumu 0.20 dollar / kq təşkil edib. 2017-ci ildə idxalın həcmi 63 ton olub, amma əvvəlki ildə tələbatın ödənilməsi üçün təxminən 13,3 min ton soğan xaricdən təmin edilib. Ötən il rekord həcmdə soğan istehsal edilib (207,5 min ton), bunun 27,2%-i ixrac olunub. Bu ilin ilk yarısında xaricə 13,8 min ton məhsul satışından 4 milyon dollardan çox gəlir əldə edilib.
Turan.az