25 sentyabr 2018 13:22

Hava ilə bağlı xəbərdarlıq - SABAHDAN PİSLƏŞİR

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava şəraiti ilə bağlı xəbərdarlıq edib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən FED.az-a verilən  məlumata görə, havanın temperaturu ötən günlə müqayisədə 2-4 dərəcə aşağı enəcək.

Bakıda və Abşeron yarımadasında sentyabrın 26-sı gündüzdən 28-i səhərədək güclü şimal-qərb küləyinin əsəcəyi gözlənilir. 

Azərbaycanın rayonlarında sentyabrın 26-sı gündüzdən 28-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağışın leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlə müqayisədə tədricən 3-5 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın keçəcəyi ehtimalı var.

 

 
 

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz