24 sentyabr 2018 22:57

Neft sektoruna investisiyalar azalıb - STATİSTİKA

2018-ci ilin yanvar-avqust aylarında əsas kapitala yönəldilən vəsaitlərin məbləği ötən ilin eyni dövrü ilə müqayisədə 12,8 % azalıb.

FED.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, bu ilin 8 ayında əsas kapitala 8 953,6 milyon manat məbləğində vəsait yönəldilib. Bu azalma neft sektoruna yatırılman investisiyaların azalması ilə bağlıdır. 

Qeyri-neft sektoruna yönəldilən vəsaitin həcmi isə 22,7%, o cümlədən qeyri-neft sənayesinə qoyulan investisiyalar 37,7% artıb. İstifadə olunmuş vəsaitin 6 milyard  232 milyon manatı və ya 69,6 %-i  məhsul istehsalı obyektlərinin, 2 milyard 51 milyon manatı (22,9 faizi) xidmət sahələri üzrə obyektlərin, 670,6 milyon manatı (7,5 faizi) isə ümumi sahəsi 1247,7 min kvadrat metr olan yaşayış evlərinin tikintisinə sərf olunub.

Əsas kapitala yönəldilmiş vəsaitlərin 5 322,5 milyon manatını və ya 59,4 %-ni daxili vəsaitlər təşkil edib. Həmin  vəsaitlərin 6 milyard 193 milyon manatı və ya 69,2 %-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.


 

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz