24 sentyabr 2018 21:51

Tələb təklifi 2 dəfə üstələdi - HƏRRAC


Bu gün sentyabrın 24-də Mərkəzi Bank vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracı keçirib.

FED.az xəbər verir ki, hərracda depozitlərə tələb təklifdən 2 dəfədən artıq çox  -  775,1 milyon manat olub. Hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 8,01% təşkil edib.

Xatırladaq ki, son hərracda Mərkəzi Bank 350 milyon manat depozit cəlb etməyi planlaşdırmışdı. 

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz