24 sentyabr 2018 10:21

Kağız sənədlərinin skan işləri alnır – TENDER

FED.az xəbər verir ki, KADASTR VƏ YERQURULUŞU LAYİHƏ-TƏDQİQAT MƏRKƏZİ MMC AÇIQ TENDERƏ DƏVƏT EDİR:

Tender 1 lot üzrə keçirilir::

lot 1 - Azərbaycan Respublikasının Xızı, Balakən, Beyləqan, Oğuz, Salyan, Abşeron, Cəlilabad, Ağsu, Siyəzən, Zaqatala və Göygöl rayonları üzrə Əmlak Məsələləri Dövlət Komitəsinin arxivində mövcud olan yay və qış otlaq sahələrinin, eləcə də dövlət ehtiyat fond torpaqlarının kağız xəritələrinin skan olunaraq rəqəmsal mühitə gətirilməklə TEKUİS məlumat modelinə uyğun hazırlanması, Şəki şəhər bələdiyyəsinin, Gəncə şəhərinin Kəpəz, Nizami, Hacıkənd bələdiyyələrinin ərazilərində AzCAD2013 kadastr məlumat modelində hazırlanmış məlumatların NeCAS-a miqrasiya üçün hazırlanması və Şəki rayonu ərazisində hazırlanmış kadastr məlumatlarının AzCAD2013 məlumat modelindən TEKUİS məlumat modelinə uyğun dəyişdirilməsi işləri


Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı, Şəfaət Mehdiyev 269 (otaq 507) (Əlaqələndirici şəxs :Sənan Tağıyev, telefon :(012) 533-18-93) ünvanından ala bilərlər .
İştirak haqqı
lot 1 - 1000 manat 

Hesab:

AZ23AİİB38030019443701778107

VÖEN

1302005671

Bank:

Kapital Bank 1 saylı Xətai filialı 

Kodu:

200071

VÖEN:

9900003611

M/H:

AZ37NABZ01350100000000001944

S.W.İ.F.T:

AIIBAZ 2X

İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
Tenderdə iştirak etmək üçün yazılı müraciət;
Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
Tender təklifi dəyərinin 2 % -i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bankgünü qüvvədə olmalıdır);
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqandan arayış; 
İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
İddiaçılar müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;
Digər sənədlər: - 5-ci bənddəki arayış həm də müvafiq sosial müdafiə orqanından təqdim edilməlidir; - 6 və 7-ci bənddəki sənədlər son 3 ili əhatə etməlidir; - Tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd (vəzifəyə təyin edilməsi barədə əmrin təsdiq olunmuş surəti və ya müvafiq səlahiyyətin verilməsi barədə etibarnamə); - İddiaçının analoji işlər üzrə iş təcrübəsini təsdiq edən sənədlər; - İddiaçı tərəfindən təklif olunan işçi heyətinin peşəkarlığı, təcrübəsi və səriştəsini təsdiq edən səndələr; - Tenderin Əsas Şərtlər Toplusunda göstərilən bütün digər sənədlər.
 
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə  tərcümə olunmalıdır). 
Tender proseduru «Dövlət satınalmaları haqqında» qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 2018-10-25 17:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 2018-11-02 17:00qədər Bakı, Şəfaət Mehdiyev 269 ünvanına təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. 
İddiaçıların təklifləri 2018-11-05 15:00 tarixində Bakı şəhəri, Yasamal rayonu, Ş.Mehdiyev küçəsi, 269 ünvanında açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.
 

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz