21 sentyabr 2018 23:51

Tikintidə özəl sektorda çalışanların sayı kəskin artıb 

Azərbaycanda 2018-ci ilin əvvəlindən avqustun 1-dək iqtisadiyyatda çalışanların sayı artıb. 

FED.az Statistika Komitəsinə istinadən xəbər verir ki, ən çox artım tikini və su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında baş verib. Əgər ilin əvvəlində tikinti sektorunda çalışanların sayı 99,9 min nəfər idisə, avqustun 1-nə bu göstərici  110,5 min nəfər çatıb. 7 ayda artım 10,6 min nəfər təşkil edib. 

Tikinti sektorunda işləyənlərin sayının artımı daha çox özəl sektorun hesabına baş verib. əgər ilin əvvəlində bu sektorda çalışanlar 70,9 min nəfər idisə, avqustun 1-nə bu göstərici 81 min nəfərə çatıb. 7 ayda özəl tikinti sektorunda çalışanların artımı 10,1 min nəfərə çatıb. Dövlət sektorunda isə 0,5 min nəfər artım müşahidə edilib. Beə ki, ilin əvvəlində tikintidə dövlət sektrunda çalışanlar 29 min nəfər idisə, avqutun 1-nə bu rəqəm 29,5 min nəfər olub. 

Avqustun 1-dək su təchizatı,tullantıların təmizlənməsi və emalı sektorunda çalışanların sayı ilin əvvəli ilə müqayisədə 8,9 min nəfər artaraq 39,6 min nəfərə çatıb. Bu ilin  yanvarın 1-nə həmin sahədə işləyənlər 30,7 min nəfər olub.   Artım əsasən dövlət sektorunda çalışanların hesabına mümkün olub.

Belə ki,  avqustun 1-nə  su təchizatı,tullantıların təmizlənməsi və emalı sahəsində dövlət sektorunda işləyənlərin sayı ilin əvvəlindəki 28 min nəfərdən 36,4 min nəfərə çatıb. İşçilərin artımı 8,4 min nəfər olub. Özəl sektorda isə artım müvafiq olaraq 2,7 min nəfərdən 3,2 min nəfərə (0,5 min nəfər artım) çatıb.


 

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz