21 sentyabr 2018 21:53

Azərbaycanda qızıl və gümüş bahalaşıb

Azərbaycanda qızıl və gümüş bahalaşmaqda davam edir. 

FED.az-ın Trend-ə istinadən məlumatına görə, sentyabrın 21-də qızılın qiyməti sentyabrın 20-i ilə müqayisədə 6,4515 manat artaraq 1 unsiya üçün 2056,014 manat təşkil edib.

Gümüş 0,0974 manat bahalaşaraq 1 unsiyası üçün 24,454 manata bərabər olub.

Platinin qiyməti 18,6915 manat artaraq 1421,693 manat, palladiumun qiyməti isə 22,865 manat artaraq 1790,695 manat təşkil edib.

 

Ad 21.09.18 20.09.18
Qızıl XAU 2056,014 2049,5625
Gümüş XAG 24,454 24,3566
Platin XPT 1421,693 1403,0015
Palladium XPD 1790,695 1767,83


Qeyd edək ki, troy unsiyası 31,1034768 qrama bərabər ölçü vahididir.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz