21 sentyabr 2018 21:46

“Android”də səhv tapanlara mükafat verilib - 3 MİLYON DOLLAR

“Google” şirkəti  “Android” mobil əməliyyat sistemi, həmçinin “Google Play” internet mağazasında yerləşdirilmiş proqramlarda aşkar edilən  səhvlərə görə pul mükafatı təyin edib.

FED.az   ICTnews-a istinadən xəbər verir ki, 2016-cı ildə maksimum ödəniş məbləği 50 min dollaradək, ötən ilin iyununda isə mükafat məbləği 200 min dollaradək artırılıb.

Qeyd edək ki, "Google"  “Android Security Rewards Program” proqramını 2015-ci ildə istifadəyə verib. Şirkətdən bildirilib ki, ötən 3 ildə 470 boşluq aşkar edən şəxslərə 3 milyon dollardan çox mükafat verilib. 

“Pixel” smartfonlarında aşkar edilmiş iki boşluğa görə Quanq Qonqa 105 min dollar ödənilib. Bu, ən yüksək mükafat məbləğidir.

 

 

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz