21 sentyabr 2018 21:06

Maliyyə Nazirliyi 15 milyon manatı yığacaq - HƏRRAC

Sentyabrın 25-də  Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin Dövlət Qısamüddətli İstiqrazları (DQİ) üzrə hərrac keçiriləcək.

FED.az BFB-yə istinadən xəbər verir ki, bu dəfə nazirlik 15 milyon manatı yığmağı planlaşdırır. Qiymətli kağızların nominal dəyəri 100 manat, tədavül müddəti 364 gündür. 

Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaq. istiqrazların ödəmə tarixi 24 sentyabr 2019-ci il müəyyən edilib. Qiymətli kağızların anderrayteri Paşa Kapital İŞ QSC seçilib. 


Hərrac zamanı, qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.

Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) “Üzvlər” bölməsində yerləşdirilib.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz