21 sentyabr 2018 20:49

Brexit açıqlaması funtu daha da ucuzlaşdırdı 

Funt-sterlinq, Böyük Britaniyanın Baş naziri Tereza Meyin (Theresa May) Böyük Britaniyanın Avropa İttifaqından (Aİ) çıxmasına dair açıqlamalarından sonra ucuzlaşıb.

FED.az Marja-ya istinadən xəbər verir ki, Böyük Britaniya və Avropa İttifaqı arasında iki məsələdə əhəmiyyətli dərəcədə fikir ayrılığının olduğunu deyən Mey, müqaviləsiz bir Brexit-in pis bir müqavilədən daha yaxşı olduğu barədə fikrini təkrarlayıb.

Meyin açıqlaması ilə itkilərini artıran funt-sterlinq, gün ərzində əməliyyatlarda dollar qarşısında 1.47% dəyər itirərək 1.3070 səviyyəsinə enib (GBP/USD məzənnəsində saat 19:50-yə olan məlumat).



Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz