21 sentyabr 2018 20:31

Norm Sement zavodu işçi axtarır - VAKANSİYA

FED.az xəbər verir ki, Norm Sement zavodu işçi axtarır.

Norm Sement zavodu Bakının Qaradağ rayonunda fəaliyyət göstərir. İstehsal gücü gündə 5 min ton klinker, ildə isə 2 milyon ton sement təşkil edən müəssisə cənubi Qafqazın ən iri sement zavodudur.

Hazırda şirkətimizə İnsan Resursları üzrə Kargüzar tələb olunur.

Əsas vəzifə və öhdəliklər:

- Əmrlərin hazırlanması,qeydiyyatı (işə qəbul, məzuniyyət, ezamiyyət, əlavə iş saatları  və digər əmrlər) və qovluqlarda saxlanması
- Yeni işçi məlumatlarının toplanılması, proqrama daxil edilməsi və şəxsi iş qovluqlarının idarə olunması
- Müvafiq programda aylıq tabelin hazırlanması
- Qeydə almaların əlaqələndirilməsi və işə gəlməmə, xəstəlik üzündən işə çıxmama, məzuniyyət və s. ilə bağlı məlumatların qeydiyyatı.
- Əmək kitabçalarının qeydiyyatı və yazılması
- Işçilər/iş saatları ilə bağlı müxtəlif tipli aylıq hesabatların hazırlanması və aylıq iş saatlarının izlənilməsi
- İşçilər haqda məlumat bazasının, işçilərin şəxsi işlərinin, İR qovluqlarının mütəmadi yenilənməsi
- İllik tibbi müayinənin aparılmasının təşkil edilməsi
- Yeni/zədələnmiş/itirilmiş bank kartlarının sifarişi
- İşçilərin tibbi siğortalanmasının təşkili
- İntranet portalında müxtəlif tipli xəbərlərin araşdırılması və yayımlanması, Yeni işçi məlumatları, ezamiyyət, məzuniyyət,Vəzifə dəyişikliklərini, təşkilatı struktur İntranetə daxil edilməsi
- Müxtəlif tipli işçi sorğularının keçirilməsində dəstək
- Yaşayış yeri ilə təminat, səfərlərin təşkili, viza, yaşamaq və iş üçün icazələrlə bağlı məsələlərin koordinasiya edilməsinə dəstək
- Işdən çıxan işçinin Zavod ərazisində təhvil-təsliminə nəzarət

Tələblər:

• İR və ona müvafiq sahəsində ali təhsil
• Səlis Azərbaycan və ingilis dili bilikləri
• MS office proqramları

Tərcümeyi-hallarınızı müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə hr@norm.az ünvanına göndərməyiniz xahiş olunur.

Tərcümeyi-halların təqdim olunması üçün son tarix: 30/09/2018

Fayl adı uyğun olmayan və müraciət edilən vəzifənin adı qeyd olunmayan tərcümeyi-hallara baxılmayacaqdır.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz