21 sentyabr 2018 20:30

Avrora şirkəti işçi axtarır - VAKANSİYA

FED.az xəbər verir ki, Avrora şirkəti işçi axtarır

Işə qəbul üzrə mütəxəssis

Vəzifə və öhdəliklər:

• Digər departamentlər tərəfindən keçilən tələblərə əsasən axtarışa başlamaq;
• İşçi tələblərinə əsasən müvafiq elanları hazırlamaq, Şirkət daxili və xarici müxtəlif saytlarda, sosial şənəkədə yerləşdirmək;
• İşə qəbul funksiyası üçün istifadə olunan sosial şəbəkə hesablarını idarəetmək;
• Müxtəlif resurslar üzrə daxil olmuş CV-lərin incələnməsini həyata keçirmək;
• Vakansiyalara uyğun namizədlərin seçilmək, ilkin müsahibələri təşkil etmək, müsahibə nəticələri barədə namizədləri xəbərdar etmək;
• İşəqəbul prosesi zamanı arxivləşdirmə və sənədləşmə əməliyyatlarını aparmaq;
• Şirkətin işəqəbul siyasətinə riayət olunmasını təmin etmək;
• İşəqəbul testlərini həyata keçirmək;
• Testlərlə bağlı olaraq lazımı sənədləşmə və qeydiyyata alma prosesini idarə etmək;
• İşəqəbul  kanallarının idarəolunması və müasir metodların tətbiqini həyata keçirmək;
• Vakansiyalarla bağlı struktur rəhbərləri ilə işin təşkilinin aparılmasını təmin etmək;
• Yeni işçilərin adaptasiya prosesini təşkil etmək, sınaq müddətlərini izləmək;
• Satış komandası ilə təlim inkşaf məsələləri üzrə əməkdaşlıq etmək.

Namizədə tələblər:

•  İqtisadiyyat, psixologiya, sosiologiya, heyətin idarə olunması, menecment kimi sahələrdə ali təhsilinin olması;
• Azərbaycan, ingilis və ya rus dillərini yaxşı səviyyədə bilməsi arzuolunandır;
• Müvafiq sahədə minimum 1 il iş təcrübəsi;
• Stres altında işləməyi bacarmalı;
• Məsulliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmalı;
• Ünsiyyət yaratmaq, dinləmək, müşahidə etmək və insan psixologiyasına bələd olmaq qabiliyyətinə malik olması;
• İşəqəbul müsahibələrinin aparılmasında təcrübəyə sahib olmalı;
• Yüksək ünsiyyət və analitik düşünmə qabiliyyətinə sahib olmalı;
• CV incələmə, görüş təqvimini planlama, ilkin müsahibə prosesinin həyata keçirilməsi, işə qəbul prosesinə hakim olmalı;
• MS office proqramlarını əla səviyyədə idarə etmək qabiliyyəti olmalı.

Şərtlər:

• Tam iş günü, iş qrafiki I-V günlər, həftədə 2 gün istirahət;
• Şirkət hesabına nahar;
• Sağlamlıq sığortası;
• Əmək haqqı müsahibə əsasında razılaşdırılır.

Göstərilən tələblərə cavab verən  namizədlərdən CV-lərini mövzu yerinə “İşə qəbul üzrə mütəxəssis” yazaraq hr@avrora.az ünvanına göndərilməsi xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz