20 sentyabr 2018 21:22

Azərbaycanda qiymətli metallar bahalaşdı - QİYMƏTLƏR

Azərbaycanda qızıl və gümüş bahalaşıb.

FED.az-ın Trend-ə istinadən  məlumatına görə, sentyabrın 20-də qızılın qiyməti sentyabrın 19-u ilə müqayisədə 6,0435 manat artaraq 1 unsiya üçün 2049,5625 manat təşkil edib.

Gümüş 0,2104 manat bahalaşaraq 1 unsiyası üçün 24,3566 manata bərabər olub.

Platinin qiyməti 11,951 manat artaraq 1403,0015 manat, palladiumun qiyməti isə 38,828 manat artaraq 1767,83 manat təşkil edib.

 

Ad 20.09.18 19.09.18
Qızıl XAU 2049,5625 2043,519
Gümüş XAG 24,3566 24,1462
Platin XPT 1403,0015 1391,0505
Palladium XPD 1767,83 1729,002

Qeyd edək ki, troy unsiyası 31,1034768 qrama bərabər ölçü vahididir.
 

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz