20 sentyabr 2018 20:34

Sabah bu ərazilərdə su olmayacaq - XƏBƏRDARLIQ

Sentyabrın 21-də gün ərzində Biləcəri, Binəqədi və Masazır qəsəbələrinin bəzi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

“Azərsu” ASC-dən FED.az-a verilən məlumata görə, məhdudiyyətlər Bakıətrafı qəsəbələrin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə magistral su xətlərində yenidənqurma işlərinin aparılması ilə əlaqədardır.

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

 

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz