20 sentyabr 2018 13:01

Bakı Meriyasının aparat rəhbəri dəyişdi - YENİ TƏYİNAT

Bakı Şəhər İcra Hakimiyyətinin Aparat rəhbəri Rasim Quliyevin tutduğu vəzifədən azad edilib. 

Bu barədə sosial şəbəkələrdə məlumatlar yayılıb. 

FED.az xəbər verir ki, Meriyanın Aparatından xəbəri təsdiqləyiblər.

Bildirilib ki, Rasim Quliyev Aparat rəhbəri vəzifəsindən azad edilib, amma Meriyada başqa işə keçirilib. Rasim Quliyevin yeni vəzifəsi barədə isə açıqlama verilməyib.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısının səlahiyyətlərini icra edən müavin Eldar Əzizovun Meriyaya yeni Aparat rəhbəri gətirdiyi də bildirilir.

R.Quliyev 1970-ci ildə Naxçıvan MR-in Şahbuz rayonunda doğulub. Azərbaycan Neft Akademiyasını bitirib. Əvvəllər “Səs” qəzetnin baş redaktor müavini, sonra Səbaildəki 30 saylı Dairə Seçki Komissiyasının sədri olub. Daha sonra Bakı Meriyasının Aparat rəhbəri təyin edilib.

***

Bakı Şəhər İcra Hakimiyyətinin Aparat rəhbəri Rasim Quliyevin tutduğu vəzifədən azad edilib. 

FED.az xəbər verir ki, Rasim Quliyev açıqlamasında faktı təsdiqləyib.

O qeyd edib ki, öz istəyilə tutduğu vəzifədən azad edilib:

“Bəli, öz xahişimlə Aparat rəhbəri vəzifəsindən azad edilmişəm və Bakı Şəhər İcra Hakimiyyətinin Xarici Əlaqələr Departamentinə sədr təyin olunmuşam”.

R.Quliyev bildirib ki, artıq Aparat rəhbəri vəzifəsinə təyinat da olub:

“Yeni Aparat rəhbəri Elçin Həbibullayevdir. Gənc, perspektivli, intellektual kadrdır. Əvvəllər Bakı Şəhər İcra Hakimiyyətində çalışmayıb, yeni təyinatdır. Vəzifəsinin öhdəsindən layiqincə gələcəyinə əminəm”.

Paylaş
Mənbə

Şərhlər

Şərh yoxdur

Cavab yaz