20 sentyabr 2018 09:11

Azərsu mal-materiallar alır – KOTİROVKA SORĞUSU

FED.az xəbər verir ki, “Azərsu” ASC-nin “Sutikinti” Müəssisəsi mal-materialların satınalınması məqsədilə kotirovka sorğusu elan edir

Kotirovka sorğusunda iddiaçı kimi iştirak etmək istəyənlər aşağıdakı ünvana – Bakı şəhəri, Mir Cəlal küçəsi 34 A, “Azərsu” ASC “Sutikinti” Müəssisəsinin təchizat şöbəsinə (əlaqələndirici şəxs: Hikmət Qasımova, +994552486699) müraciət edə bilərlər.

Kotirovka sorğusunda iddiaçı kimi iştirak etmək istəyənlər imzalanmış və möhürlənmiş kotirovka təkliflərini 24 sentyabr 2018-ci il saat 15.00-dan gec olmamaq şərti ilə təqdim etməlidirlər. Göstərilən müddətdən gec təqdim olunan kotirovka təklifləri baxılmadan geri qaytarılacaqdır.

Kotirovka təklifləri “Azərsu” ASC-nin Bakı şəhəri, Mir Cəlal küçəsi 34 A nömrəli ünvanda 25 sentyabr 2018-ci il saat 15.00-da açılacaqdır. 
İddiaçılar və onların səlahiyyətli nümayəndələri zərflərin açılışı prosedurunda iştirak edə bilərlər.
 
 

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz