19 sentyabr 2018 22:27

Türkiyədə vətəndaşlıq almaq daha da asanlaşdı - YENİ QAYDA


Türkiyə hökuməti ölkəyə investisiya qoyuluşunu dəstəkləmək məqsədilə xaricilərin Türk vətəndaşlığını əldə etməsi üçün müəyyən edilən tələbləri əhəmiyyətli dərəcədə azaldıb.​

FED.az xəbər verir ki, bununla bağlı prezidentin fərmanı bu gün sentyabrın 19-da “Rəsmi Gazete”də dərc edilib. 

Xaricilərin Türk vətəndaşlığı əldə etməsi üçün müəyyən edilən investisiyanın aşağı həddi  4 dəfə azaldılaraq 2 milyon dollardan 500 min dollara endirilib.

Bundan sonra Türkiyə Respublikasında minimum 250 min dollar dəyərində daşınmaz əmlaka sahib olan xaricilər Türk vətəndaşlığından yararlana biləcəklər.

Eyni zamanda xarici vətəndaşların Türkiyə banklarında minimum depozit tələbi də azaldılaraq 500 min dollara endirilib. İndiyədək bu tələb 3 milyon dollar idi. 

Bundna sonra minimum 50 nəfər işçisi olan xarici iş adamları da həmçinin Türk vətəndaşlığı ala biləcəklər.  Qeyd edək ki, yeni qaydalardan əvvəl bu tələb minimum 100 nəfər idi.

Xarici investorlar Türk vətəndaşlığı üçün tələb edilən meyarlara cavab vermək üçün ən azı 3 il müddətində hazırkı mülkiyyətlərini saxlamalı və ya maliyyə qoyuluşu üçün minimum tələbi qarşılamalıdırlar.


 

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz