19 sentyabr 2018 21:19

Bankların kreditlərdən faiz gəlirləri  azalıb - İCMAL

2018-ci ilin ilk 8 ayında bankların kreditlər üzrə əldə etdiyi faiz gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 23,9% azalaraq 719,9 milyon manata düşüb.

FED.az 2018-ci ilin avqust ayı üzrə bank sektorunun icmal göstəricilərini analiz edərkən bu nəticəyə gəlib. Belə ki, 2017-ci il avqustun sonuna bankların kreditlər üzrə faizləri 946,9 milyon manat olub. 

31 avqust 2018-ci il tarixinə bankların depozitlər üzrə ödədiyi faiz xərcləri isə artıb. Əgər 2017-ci ilin avqustunda bu göstərici 253,4 milyon manat olubsa, bu il 258,1 milyon manata çatıb. 

Avqust ayında bankların əməliyyat mənfəəti ötən ilki 565,9 milyon manatdan  441 milyon manata enib. 
 
Mənfəət və zərər haqqında hesabat (Bank sektoru üzrə)
(mln manatla)


Mənfəət və zərər maddələri

31.08.2017

31.08.2018
1. Faiz və gəlirlərin bu qəbildən olan növləri 1,292.9 1,138.4
1.1 Kreditlər üzrə faizlər 946.9 791.9
2. Faiz və onlara bağlı xərclər 634.2 394.1
2.1 depozitlər üzrə faizlər 253.4 258.1
3. Xalis faiz gəliri (zərəri) 658.7 744.4
4. Qeyri-faiz gəlirləri 537.4 347.8
5. Qeyri-faiz xərcləri 630.3 651.2
6. Əməliyyat mənfəəti (zərəri) 565.8 441.0
7. Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın
yaradılmasına ayırmalar (xərclər)

196.8

316.4
8. Digər gəlirlər (xərclər) 2.6 0.7
9. Vergilər ödənilənədək mənfəət (zərər) 371.6 125.3
10. Mənfəətdən vergilər 21.3 21.5

11. Xalis mənfəət (zərər)

350.3

103.8

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz