Niko Rosberq - "Formula-1" 2016 yarışının çempionu

“Mercedes” komandasının pilotu olan alman Niko Rosberq həyəcanlandırıcı Abu-Dabi Qran-Pri yarışlarında britaniyalı Lyuis Hamiltonun qələbəsinə baxmayaraq ilk dəfə öz karyerasının ən böyük nailiyyətlərindən biri olan “Formula-1” üzrə dünya çempionu statusunu qazanmışdı. Nəticədə, Rosberq bazar günü Abu-Dabinin “Yas-Marina” trassında keçirilən sezonun son Qran-Pri yarışlarında Formula-1 tarixinə 33-cü dünya çempionu kimi düşmüşdü.

Qeyd edək ki, Rosberq atası Keke Rosberqin 1982-ci ildəki qələbəsindən və çempion statusu qazanmasından düz 34 il sonra bu çempionluq titulunu qazanmağa nail olmuşdu. Bu yarışın digər yaddaqalan məqamı isə: sözügedən dəbdəbəli avtoidman növünün çempionatı tarixində ilk dəfə olaraq sezonun 10 yarışını qazanan pilotun dünya çempionu ola bilməməsi idi.

Beləliklə, Mercedes komandasının alman pilotu olan Rosberq Abu-Dabidə ikinci yeri tutsa da, öz rəqibi britaniyalı Lyuis Hamiltondan cəmi 5 xal irəlidə olmaqla ona qalib gəlmişdi.

Finiş xəttinə üçüncü Sebastyan Fettel “Ferrari”sində çatmışdı. Ferstappen isə 4-cü yerdə qərarlaşa bilmişdi və bununla da ümumi xal hesabatında keçmiş çempiondan geri qalırdı. Birinciliyin “bürünc” mükafatçılarından olan Daniel Rikkardo isə finiş xəttinə 5-ci gəlib çata bilmişdi. 6-cı yerdə Kimi Raykkonen, onun ardınca isə 7-ci yerdə Niko Hülkenberq qəralaşa bilmişdi. Serxio Peres də gözəl oyun nümayiş etdirmiş və 8-ci yeri tuta bilmişdi. 9 və 10-cu yerləri isə “Ferrari” komandasının keçmiş oyunçuları Felipe Massa və Fernando Alonso tuta bildilər.

Deməli, Lyuis Hamilton Formula-1 yarışlarının Abu-Dabidə keçirilən Qran-Pri oyunlarının qalibi olsa da, dünya çempionu statusunu qazana bilməmişdi. Niko Rosberq isə bu arada 2016-cı ilin “Formula-1” sezon yarışlarında dünya çempionatını qazanaraq çempion tituluna layiq görülmüşdü.

Qeyd edək ki, sözügedən yarış çox gözəl, həyəcanlandırıcı və unudulmaz bir yarış idi. Bu yarışda kimin qalib gələcəyini, dünya çempionu statusunu qazanacağını qabaqcadan söyləmək çox çətin idi. Beləliklə, yarışın videosunu sizinlə paylaşmaq istərdik.

Öz növbəsində sizə gözəl seyrlər diləyirik.


 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.  

Paylaş
Müəllif

Şərhlər

Şərh yoxdur

Cavab yaz

Xəbərlərə abunə ol

Xəbərlərə abunə ol və bizim eksklüziv təkliflərimiz emailinizə göndərilsin