18 sentyabr 2018 20:53

Mərkəzi Bank daha 250 milyon manatı yığmağa hazırlaşır 

Sabah sentyabrın 19-da Bakı Fond Birjasında (BFB) Mərkəzi Bankın 250 milyon manat həcmində qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

FED.az BFB-yə istinadən xəbər verir ki, hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaq.

Notların nominal dəyəri 100 manat, tədavül müddəti 28 gündür. 


Hər bir bank tərəfindən təqdim edilən sifarişlərin ümumi sayı 2-dən  (1 rəqabətli və 1 qeyri-rəqabətli) artıq olmamalıdır.

Hərrac zamanı, Notların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qeyri-rəqabətli sifarişlərin qəbul edilməsinə icazə verilir. 

Notların ödəmə tarixi 17 oktyabr 2018-ci il təyin edilib. 


Onu da deyək ki, Mərkəzi Bankın qısa müddətli notlarını yalnız lisenziya əsasında fəaliyyət göstərən yerli banklar ala bilər.
 

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz