18 sentyabr 2018 17:56

Prezident yol tikintisinə 3 mln. manat ayırdı - SƏRƏNCAM

Prezident İlham Əliyev Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi (81 km)-Biləsuvar avtomobil yolunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi (81 km)-Biləsuvar avtomobil yolunun yenidən qurulması məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 3 milyon manat ayrılsın.

Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

İqtisadiyyat Nazirliyi Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə bu sərəncamda göstərilən avtomobil yolunun yenidən qurulmasının başa çatdırılması üçün zəruri olan maliyyə vəsaitini nəzərdə tutacaq, Nazirlər Kabineti sərəncamdan irəli gələn məsələləri həll edəcək.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz