18 sentyabr 2018 17:51

Azərbaycanda dron uçuşlarına - NƏZARƏT BAŞLAYIR

Pilotsuz uçuş aparatların (dronlar) hava limanlarında tez-tez baş verən icazəsiz uçuş hadisələri ilə əlaqədar olaraq bütün dünyada bu strateji obyektlərin müvafiq müdafiəsi sisteminin yaradılması zərurəti yaranıb. Bu barədə FED.az-a milli aviasiya operatoru olan AZAL-dan bildirilib.
           
Şirkətdən verilən xəbərə görə, bu məqsədlə, sentyabrın 18-də Quançjou şəhərindən “Abraham Technology Limited” Korporasiyasının Direktoru Stanislav Koçkin və “Ehang Intelligent Equipment” şirkətinin Vitse-prezidenti Kora Tanqın (Cora Tang) rəhbərlik etdiyi innovasiya layihələri və texnologiyaları sahəsində  yüksək texnologiya şirkətlərinin nümayəndələrindən ibarət nümayəndə heyəti Bakıda səfərdədir.
 
Səfər çərçivəsində nümayəndə heyəti “Azərbaycan Hava Yolları” aviaşirkətinin, “Azəraeronaviqasiya” (AZANS) Hava Hərəkəti İdarəsinin, Heydər Əliyev Beynəlxalq Aeroportu və “Silk Way” şirkətlər qrupunun nümayəndələri ilə görüşüб, Azərbaycanın mülki aviasiya obyektləri, o cümlədən “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsi və yeni aerovağzal kompleksi (Terminal 1) ilə tanış olублар.
 
AZAL prezidenti Cahangir Əsgərov ilə görüşdə mülki sahələrdə, xüsusilə kommersiya daşımaları, kartoqrafiya, ətraf mühitin vəziyyətinin qiymətləndirilməsi, mülki infrastrukturun monitorinqi və s. sahələrdə pilotsuz uçuş aparatları (dronlar) texnologiyaları və xidmətlərinin inkişaf etdirilməsində Çinin yüksək texnologiya şirkətlərinin iştirakı imkanları müzakirə olunmuşdur. 
 
Səfərin yekunları üzrə “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsi ilə “Abraham Technology Limited” və “Ehang Intelligent Equipment” şirkətləri arasında qarşılıqlı anlaşma memorandumları imzalanmışdır.
 
Planlaşdırılır ki, genişmiqyaslı innovasiya layihələrinə sərmaye yatırılması və kommersiyalaşdırılmasında ixtisaslaşan “Abraham Technology Limited” Korporasiyası intellektual aeronaviqasiya habı üçün yüksək texnologiyalı azad iqtisadi zonanın yaradılmasına və “intelektual aeronaviqasiya” sahəsində Azərbaycanın mövqeyinin irəlilədilməsinə cəlb olunacaq.
 
2014-cü ildə fəaliyyətə başlayan “Ehang Intelligent Equipment” şirkəti innovativ aviasiya avadanlıqlarının layihələşdirilməsi və istehsalı və sənayenin müxtəlif sahələrində tətbiq edilməsi üçün intellektual uçuş aparatlarının hazırlanmasında ixtisaslaşmışdır.
 
İmzalanmış memorandumun əsas məqsədi Heydər Əliyev Beynəlxalq Aeroportunda müvafiq dövlət orqanlarında qeydiyyat və sertifikatlaşdırma keçdikdən sonra mülki pilotsuz uçuş aparatlarının uçuşlarının idarə edilməsinin Vahid Mərkəzinin yaradılması sahəsində əməkdaşlıqdan ibarətdir. 
 
Sənədə əsasən, xüsusilə Çinin “Abraham Technology Limited” (www.abraham.tech) və “Guangzhou Ehang Intelligent Technology Co. Ltd” (www.ehang.com ) şirkətlərinin nümayəndələri Azərbaycan tərəfinə aşağıdakı sahələrdə dəstək verməyə hazır olduqlarını bildirmişdirlər:
 

  • “Command & Control Centre” (CCC) dronların fəaliyyətinə vahid komanda nəzarət və idarəetmə mərkəzinin yaradılması və dronların uçuşlar üçün bağlı zonalarda fəaliyyətinə yolverilməməsi vasitəsilə müvafiq dövlət orqanlarında qeydiyyatdan keçdikdən sonra pilotsuz uçuş aparatlarının uçuşlarına nəzarət üçün AZANS çərçivəsində infrastrukturun inkişafı;
  • Pilotsuz uçuş aparatlarının idarə olunması sahəsində təlimlər; 
  • Azərbaycan bazarında tələbata uyğun olaraq mülki pilotsuz aparatların parkının yaradılması;
  • Heydər Əliyev Beynəlxalq Aeroportunda mülki pilotsuz uçuş aparatlarının yığılması və onlara xidmət göstərilməsi, həmçinin bu sahədə bütün MDB ölkələri üçün təlim mərkəzi olacaq Azad İqtisadi Zonanın (AİZ) yaradılması və inkişafı.

 
Tərəflər bu layihənin həyata keçirilməsi məqsədilə birgə planının hazırlanması və informasiya mübadiləsi üçün birgə işçi qrupu yaradacaq.
                                  
Qeyd edək ki, 14 milyon nəfərdən çox əhali və 341 milyard dollar həcmində ÜDM-ə malik Quançjou Çinin böyüklüyünə görə Şanxay və Pekindən sonra üçüncü şəhəridir. Şəhər Çinin ən iri turizm, sənaye, maliyyə və nəqliyyat mərkəzidir. Quançjouda iki Azad İqtisadi Zona fəaliyyət göstərir, yüzə yaxın müxtəlif növ malların topdansatış bazarları və yüz minlərlə sənaye müəssisələri, fabrik və zavodlar (gəmiqayırma, maşınqayırma, tekstil və yeyinti sənayesi üçün avadanlıqlar, kiçik məişət texnikası istehsalı üzrə) yerləşir.
 

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz