18 sentyabr 2018 08:31

Sürücülərin tibbi müayinə qaydaları dəyişir – QƏRAR

Nazirlər Kabineti “Elektron sağlamlıq kartı” sisteminin tətbiqi Qaydaları”nda dəyişiklik edib.

FED.az-ın məlumatına görə, bu Qaydalar “Elektron sağlamlıq kartı” sisteminin və tibbi elektron registrlərin yaradılması qaydalarını müəyyən edir. Sağlamlıq kartı sisteminin tətbiqi müvafiq elektron registrlərin hazırlanması vasitəsilə vətəndaşların sağlamlığı vəziyyətinə nəzarət sisteminin təkmilləşdirilməsini və operativ şəkildə şəxslərin sağlamlığı barədə məlumat bankının yaradılmasını təmin edir.

Eləcə də bax: Hərbi vəziyyətdə silah satışı haqqında - YENİ QAYDA


Səhiyyə Nazirliyi tərəfindən tətbiq olunan sağlamlıq kartı sistemi şəxsi, tibbi və sığorta məlumatlarını özündə saxlayan elektron informasiya sistemidir. Sağlamlıq kartı sisteminə daxil edilmiş informasiya Səhiyyə Nazirliyinin İnformasiya Mərkəzində cəmləşdirilir. Kartda olan informasiya təcili tibbi yardım maşınlarında, xəstəxanaların qeydiyyat şöbələrində, laboratoriyalarda, apteklərdə kompüterlərə qoşulmuş xüsusi qurğular vasitəsilə oxunur və dəyişdirilir.

Sağlamlıq kartı sistemində olan məlumatlar (xəstəlik tarixi, cari istifadə edilən dərman preparatları, peyvəndlər, tibbi sığorta və s.) kart sahibinə operativ və dəqiq müayinə olunmaq imkanı yaradır.

Dəyişiklik sağlamlıq kartlarının sahibləri haqqında informasiyanın əldə edilməsi lə bağlıdır. Beləliklə, bundan sonra lisenziyanın və icazənin, onun dublikatının və əlavəsinin verilməsinin, lisenziyanın və icazənin yenidən rəsmiləşdirilməsinin, dayandırılmasının, bərpasının və ya ləğvinin “Lisenziyalar və icazələr” portalı vasitəsilə həyata keçirilməsini təmin etmək üçün avtomobil sürücüsünün sonuncu tibbi müayinədən keçməsi tarixi və sağlamlıq vəziyyəti barədə məlumatlar “Elektron hökumət” portalı vasitəsilə “Lisenziyalar və icazələr” portalına ötürüləcək.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz