17 sentyabr 2018 20:43

SOCAR-ın  ödədiyi verginin məbləği - AÇIQLANDI 

Ölkə üzrə ən iri vergi ödəyicilərindən biri olaraq SOCAR dövlət büdcəsinin formalaşmasında əhəmiyyətli yer tutur və ölkə iqtisadiyyatının inkişafında təkanverici rol oynayır. 

Bu barədə SOCAR-ın 2017-ci il üzrə “Davamlı inkişaf haqqında hesabat”ında deyilir.

Hesabata əsasən, Şirkət 2017-ci ildə büdcəyə 1 milyard 508 milyon 864,6 min manat həcmində ödəmələr
(gəlir vergisi istisna olmaqla) edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəmələri 114 milyon 737,7 min manat və ya 8,23% çox olub.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz