14 sentyabr 2018 20:57

Mərkəzi Bank yenə manatı yığacaq

Mərkəzi Bank  vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracı barədə elan verib.
 
FED.az xəbər verir ki, sentyabrın 17-də baş tutacaq hərracda 350 milyon manatın cəlb edilməsi nəzərdə tutulur.  

Qeyd edək ki, depozitlərin müddəti 14 gün, faiz dərəcəsi 8,01% – 9,99% aralığında müəyyən edilib. 

Xatırladaq ki, Mərkəzi Bankın son depozit hərracında tələb 672,5 milyon manat olub. Həmin vaxt da 350 milyon manat cəlb edilib. 

 

FED.az-ın «Birja» xəbərlərini Azərbaycanın aparıcı investisiya şirkəti olan PSG-Kapital Investisiya şirkəti təqdim edir.
 

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz