14 sentyabr 2018 20:20

Azərbaycandan şərab ixracı 2 dəfə artıb - STATİSTİKA

Azərbaycan meyvə ixracını bir ilə 48% artırıb.

FED.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Statistikaya əsasən, 2017-ci ilin yanvar-iyul ayları ilə müqayisədə bu ilin eyni dövründə mühüm məhsul növlərindən  təbii üzüm şərabları və üzüm suslosu – 2 dəfə artıb. Digər məhsulların ixracında isə artım belə olub: 

pambıq lifi – 66,9%,
təzə meyvə ixracı - 48% 
bitki yağları – 23,6% 
meyvə və tərəvəz konservləri – 23,5% 
pambıq ipliyi – 23,1%,
emal olunmamış alüminium – 18,5%,
kartof – 15,5%,
polietilen – 10,9%,
qara metallardan borular – 10,2 %.

Bu məhsulların ixracı isə azalıb: 

təzə tərəvəz ixracı - 1,5%,
şəkər – 44,7%,
meyvə və tərəvəz şirələri – 15,2%,
tütün – 20,1%,
çay – 17,6 %,
marqarin, qida üçün yararlı digər qarışıqlar – 7,8%,
qara metallardan yarımfabrikatlar – 70,9 %,
bentonit gili – 3,2%.

 

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz