14 sentyabr 2018 17:07

Bakıda 11 məktəbə yeni direktorlar təyin olunub

Bakıda 11 məktəbə yeni direktorlar təyin olunub.

FED.az xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildiriblər.

Sorğunun cavabında qeyd olunub ki, 2018-2019-cu tədris ili ərəfəsində İdarənin tabeliyindəki ümumi təhsil məktəblərindən 7 direktorun iş yeri digər məktəbə dəyişdirilib, 11 məktəbə isə yeni təyinat olub.

“Əlavə olaraq bildiririk ki, ötən tərdis ilində 18 məktəb direktoru ilə bağlanmış əmək müqaviləsi ləğv edilib”- deyə İdarədən məlumat verilib.

Paylaş
Mənbə

Şərhlər

Şərh yoxdur

Cavab yaz