14 sentyabr 2018 16:46

Dollar 8,3 lirə olacaq - FRANSA BANKINDAN PROQNOZ

Fransanın Credit Agricole SA bank şəbəkəsi lirənin kəskin ucuzlaşacağını deyib. FED.az xəbər verir ki, Credit Agricole SA-a Türkiyə Mərkəzi Bankının faiz dərcəsinin 6,25% qaldırması onun müstəqil olmasının etibarlılığına inam yaratsada, lakin lirədə olan investorlar inflyasiyanın 2 rəqəmli olması və ABŞ-la əlaqələrin pisləşməsindən narahatdırlar. Bu risklər valyutanın zəifləməsi üçün təzyiqlərə məruz qoyur.

Eyni zamanda tədiyyə balansında olan kəsrin yüksək olması və digər səbəblər ilin sonunadək lirənin zəifləməsini 8,30 səviyyəsində olacağını proqnozlaşdırıb.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz