13 sentyabr 2018 13:00

Pensiyalarla bağlı yenilik gözlənilir – NAZİRLİK AÇIQLADI

Azərbaycanda pensiyaların hesablanması ilə bağlı yenilik gözlənilir. FED.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2006-cı ilədək (pensiya islahatına qədər) olan dövr üçün sosial sığorta stajının hesablanmasında tətbiq edilən yanaşmanı dəyişmək niyyətindədir. Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev pensiya təminatı sisteminin təkmil əsaslar üzərində qurulması üçün təkliflərin hazırlanması məqsədilə nazirlikdə yaradılmış İşçi Qrupunun iclasında bildirib. 

İşçi götürün, maaşın 50%-ni hökumət ödəyəcək - İŞ ADAMLARINA YENİLİK


Onun sözlərinə görə, prezident İlham Əliyevin sentyabrın 5-də imzaladığı “Əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahələrində elektron xidmətlərin tətbiqinin genişləndirilməsi haqqında” Fərmanı digər məsələlərlə yanaşı, sığorta-pensiya sisteminin  daha obyektiv və ədalətli yanaşmalar əsasında inkişaf etdirilməsi, o cümlədən  vətəndaşların sosial sığorta stajının müəyyən edilməsinə dair qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı konkret vəzifələr qoyub. 
 
Məhz buna görə, nazirlikdə “bir pəncərə” prinsipi lə yaradılacaq DOST mərkəzlərinin fəaliyyətində əsas yerlərdən biri pensiya təminatı olacaq. 
Bunun üçün pensiya təminatında tam avtomatikləşmə olacaq, yəni məmur-vətəndaş kontaktı sıfıra endiriləcək. 
Nazir, eyni zamanda, 2006-cı ilədək olan sosial sığorta stajlarının müəyyən edilməsi ilə bağlı tətbiq olunan yanaşmalara yenidən baxıldığını, bununla bağlı qanunvericiliyə əlavə və dəyişikliklərin edilməsi üçün təkliflərin hazırlandığını qeyd edib.

İşçi Qrupun iclasında sosial sığorta stajının müəyyən edilməsinə dair qanunvericiliyin təkmilləşdirilməsi müzakirə olunub.

 

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz