12 sentyabr 2018 23:59

Qətər əmirindən Türkiyəyə hədiyyə - SUPER TƏYYARƏ

Qətər Şeyx Təmim bin Hamed Əl Sani  Qətər Əmirliyinə məxsus özəl "Boeing 747-8" tipli xüsusi təyyarəni Türkiyəyə hədiyyə edib. 

FED.az-ın  xarici mediaya istinadən xəbərinə görə, artıq təyyarə Prezident təyyarələri donanmasının tərkibindədədir.

Əmirliyin hədiyyəsi olan VİP təyyarə dünən İstanbul Sabiha Gökçen Hava limanına eniş edib. Qatar şeyxi T Əl Sani bunu Türkiyəyə və Prezidenti Rəcəb Tayyib Ərdoğana olan sevgisi ilə izah edib. 

Türk mediası yazır ki, xüsusi jet standartları ilə istehsal edilən Boeing 747-8 hələ  2012-ci ildə ilk dəfə fabrikin önündə nümayiş olunub. Həmin vaxt  "Bu təyyarə kimdir" sualları baş qaldırıb. Daha sonra təyyarə Seattle yaxınlığındakı Everett zavodundan San Antonio'ya aparılıb.  Burada təyyarənin içərisində "Very VIP" standartlı kabinet yığılıb.  Təyyarə 2015-ci ildə Qətər Əmirinə təslim edilib.

Normalda, üç kateqoriyalı 400 sərnişin üçün nəzərdə tutulan təyyarə 76 sərnişini xüsusi texnika ilə daşıyır. Əlavə olaraq, bu təyyarədə 18 nəfərlik uçuş heyəti də çalışır. Təyyarədə toplantı  salonları, yataq və istirahət otaqları qurulub. Təyyarənin qiyməti 400 milyon dollardır. 

 









 

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz