Azərbaycanda avtomobillərin icbari sığortası – daha dəqiqi avtomobil sahiblərinin mülki məsuliyyətinin icbari sığortası cəmi 5 min manat sığorta ödənişinə təminat verir. FED.az xəbər verir ki, qarşı tərəfə dəyən zərər 5 min manata qədər olduqda bu zərəri sığorta şirkəti qarşılayır. Dəyən zərər 5 min manatı keçdikdə isə artıq məbləği zərər vuran şəxs özü ödəməli olur.
Amma avtomobil sahiblərinin bir hissəsi xəbərsizdir ki, mülki məsuliyyət sığortasının məbləbini artırmaq da mümkündür. Nəticədə sığorta şirkəti təkcə 5 min manata qədər deyil, daha böyük zərərləri (10-15 min manat və ya daha yüksək) qarşılayır. FED.az-ın apardığı araşdırma göstərir ki, sığorta şirkətlərinin əksəriyyətirdə bu mümkündür. Amma bəzilərində sığorta məbləğini əlavə ödəniş hesabına, digərlərində isə kasko sığorta hesabına artarmaq olar. Beləliklə,
«Qala sığorta»
«Qala sığorta»da avtomobillərin icbari sığortası mümkündür və ənənəvi olaraq 5 min manata qədər ödəniş təqdim edilir. Əlavə olaraq sığorta məbləğini 10-15 min manat etmək üçün şirkətin kasko sığortasından yararlanmaq olar. Kasko sığorta müştərisi olduqda şirkət mülki məsuliyyəti də sığortalayır, nəticədə həmin məbləğ 5 min manatdan 10-15 min manata yüksəlir.
“AXA MBASK”
“AXA MBASK”da mülki məsuliyyət üzrə sığorta ödənişini artırmağın bir neçə vriantı var. Şirkətdən FED.az-a evrilən məlumata görə, əgər avtomobil sahibi “AXA MBASK”ın müştərisidirsə, yəni icbari sığortanı buradan alıbsa, əlavə olaraq mülki məsuliyyətin sığortasını 5 min artırmaq üçün 10 manat, 10 min artırmaq üçün 25 manat, 15 min manat artırmaq üçün 30 manat, 20 min manat artırmaq üçün 35 manat, 25 min manat artırmaq üçüq 40 manat ödəməlidir.Əgər sığortaçı “AXA MBASK”ın müştərisi deyilsə bu məbləğlər 3 dəfə artacaq. Yəni əlavə olaraq mülki məsuliyyətin sığortasını 5 min artırmaq üçün 30 manat, 10 min artırmaq üçün 75 manat, 15 min manat artırmaq üçün 90 manat və sair məbləğ ödəməlidir.
"İpək Yolu Sığorta"
Mülki məsuliyət sığortasının məbləğini artırmaq "İpək Yolu Sığorta"da da mümkündür. Şirkətdən bildirilib ki, bunun üçün müştəri kasko sığorta da almalıdır. Kasko sığortanı aldıqda, onun ödənişinən əlavə 12 manat ödəməklə mülki məsuliyyət məbləğini 10 min manatda artıraraq ümumilikdə 15 min manata qaldırmaq olar.
“AtaSığorta”
İcbari sığorta mümkündür. Əlavə olaraq mülki məsuliyyətin sığortasını artırmaq üçün kasko sığortası etməlisiniz. Kasko sığorta etdikdən sonra, əlavə 20 manat ödəməklə 10 min, 25 manata isə 15 min manat icbarı sığorta əldə etmək mümkündür.
“AzSığorta”
“AzSığorta”da mülki məsuliyyətin sığortasını artırmaq üçün kasko sığortası etməlisiniz. Bundan əlavə 15 manat ödəməklə sığorta məbləğini 3 min manat artırıb 8 min manata, 50 manat ödəməklə isə daha 5 min manat artıraraq 10 min manata çatdırmaq olar.
“Xalq sığorta”
Mülki məsuliyyətin sığortasını artırmaq üçün kasko sığortası etməlisiniz. Bir şərtlə ki, maşının yaşı 15-dən çox olmamalıdır.
Kasko sığorta aldıqda icbari sığortanı da artırmaq olar. Məbləği 5 min manat artırmaq üçün 30 manat, 10 min manat artırmaq üçün 45 manat, 15 min manat artırmaq üçü isə 60 manat ödəmək tələb olunur. «Xalq sığorta»dan FED.az-a verlən məlumata görə artırlan məbləğin yarsı maşının sığortasına, yarsı isə şəxsə dəyən zərərə ödənilir.
“Atəşgah sığorta”
“Atəşgah sığorta”da maşını kasko sığorta etdirmədən də, əlavə
19 manat ödəməklə sığorta məbləğini 5 min manatdan 10 min manata yüksəltmək olar.
“Mega sığorta”
“Mega sığorta”da əlavə ödəniş etməklə də, icbari sığorta məbləğini artırmaq mümkün deyil.
“Amrah sığorta”
“Amrah sığorta”da əlavə ödəniş etməklə də, icbari sığorta məbləğini artırmaq mümkün deyil.
“Rəvan sığorta”
“Rəvan sığorta”da icbari sığorta məbləğinə əlavə etmək mümkündür. Bir şərtlə ki, müştəri şirkətdən kasko sığorta da almış olsun. Bu zaman əlavə 100 manat ödəməklə mülki məsuliyyət sığortasının məbləğini 15 min manata qədər artırmaq olar. Yeri gəlmişkən, bunun üçün sürücünün azı 2 illik təcürbəsi tələb olunur.
“Standard İnsurance” sığorta
“Standard İnsurance”da əlavə ödəniş etməklə də, icbari sığorta məbləğini artırmaq mümkün deyil.
“Azərsığorta”
“Azərsığorta”da əlavə ödəniş etməklə də, icbari sığorta məbləğini artırmaq mümkün deyil.