05 sentyabr 2018 20:27

Rusiyada Azərbaycanın çay evləri açılacaq 

2018-ci ilin sonunadək Rusiyada Azərbaycanın çay evləri fəaliyyətə başlayacaq.

FED.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Şahin Mustafayev Azərtac-a müsahibəsində bildirib.

"Azərbaycanın xaricdə ilk ticarət nümayəndəliyinin məhz Rusiya Federasiyasında yaradılması iqtisadi-ticarət əlaqələrinin inkişafına verilən önəmin göstəricisidir. Bu ilin mayında Həştərxanda Heydər Əliyev Fondunun dəstəyi ilə açılmış Azərbaycan İş Mərkəzi iqtisadi əlaqələrin genişlənməsində xüsusi əhəmiyyətə malik mexanizmdir. 2018-ci ilin sonunadək İş Mərkəzində şərab və çay evləri fəaliyyətə başlayacaq".

Nazir digər işlərdən də danışıb. Bildirib ki, bu il, həmçinin, Rusiyanın Yekaterinburq şəhərində Azərbaycan Ticarət Evinin, Moskva və Sankt-Peterburq şəhərlərində isə Azərbaycan Şərab evlərinin açılması planlaşdırılır.

"Bakıda Rusiya İxrac Mərkəzinin nümayəndəliyinin açılması, Moskvadakı Ümumrusiya Sərgi Mərkəzində Azərbaycan pavilyonunun yaradılması istiqamətində görülən işlər ticarət əlaqələrinin genişlənməsinə əhəmiyyətli töhfələrdir".

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz