05 sentyabr 2018 11:45

Sosial mənzillərin satışı yenə baş tutmadı - NOT FOUND

Sosial mənzillərin təkrar satışında yenidən problem yaranıb. Bu barədə FED.az-a mənzil almaq üçün sistemə daxil olan vətəndaşlar bildiriblər. Verilən məlumata görə, artıq saat 11-dən etibarən “Güzəştli mənzil” sisteminə çıxış çətinləşib. İstifadəçilərin bir hissəsi mənzil seçimi əvəzinə boş ekran və burada Not Found (səhifə tapılmadı) yazısı ilə qarşılaşıblar.
 
 
Qeyd edək ki, sistemə girişdə problemlər hələ satış başlanmazdan əvvəl başlamışdı. Bununla bağlı FED.az-ın canlı yayıı zamanı Tural Niftəliyev adlı istifadəçi bildirib. Onun sözlərinə görə, elektron imza sahibləri “Güzəştli mənzil” sisteminə qoşula bilmirlər.

Bundan sonra isə istifadəçilərin şikayətləri başlayıb. FED.az-ın FB səhifəsinə göndərilən şəkillərdən də aydın olur ki, sistemə giriş mümkün olmayıb.
Hələlik gücəştli mənzillərin satışını təşkil edən MİDA baş verənləri şərh etməyib.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz