30 avqust 2018 21:01

Ünvanlı sosial yardımdan kiçik ailə biznesinə keçid - QAYDALAR DƏYİŞİR 

Ünvanlı dövlət sosial yardımının ayrılması üçün İşçi qrup yaradılıb.

FED.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən "Modern.az"a məlumat verilib. 

Bildirlib ki, İşçi qrup sistemin təkmilləşdirilməsi üçün qısamüddətli və ortamüddətli addımlar müəyyən edib:

“Qısamüddətli addımlar kimi ünvanlı sosial yardım üçün müraciətlərin 15 gün ərzində araşdırılaraq cavablandırılması müəyyən edilib. Müraciət edən ailələrin maddi-məişət şəraitinin müayinəsi zamanı adıçəkilən Nazirliyin yerli qurumlarının rəhbər şəxslərinin iştirakı üçün göstəriş verilib. Elektron sistemlə müraciət zamanı vətəndaşlardan tələb olunan məlumatların minimuma endirilməsi üçün 10 dövlət qurumuna mövcud elektron-məlumat bazalarından istifadə etmək üçün müraciətlər ünvanlanıb”.

Bununla yanaşı, tezliklə müraciətlərin doldurulması qaydalarının sadələşdirilməsi də nəzərdə tutulub:

“Orta müddətli addımlar kimi, ünvanlı sosial yardım alan ailələrin tərkibi və gəlirləri təhlil edilərək, özlərindən asılı olmayan səbəblərdən (əmək qabiliyyətli ailə üzvünün olmaması, ailələrdə xüsusi qayğıya ehtiyacı olan azyaşlı uşaq, əlil və yaxud ahıllara xidmət göstərdikləri üçün işləmək imkanı olmayan əmək qabiliyyətli ailə üzvlərinin olması) aztəminatlı olan ailələrin və tərkibində işləyən, lakin az əmək haqqı alan, mövsümi işlərdə çalışan ailə üzvləri olan ailələrin müəyyənləşdirilməsinə başlanılıb".

Təhlillərin nəticəsi olaraq, “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanuna dəyişikliklərin edilməsi gözlənilir. Bu yolla sosial cəhətdən həssas ailə üzvləri olan ailələr üçün ünvanlı sosial yardımların əlçatan olması, tərkibində əmək qabiliyyətli, işləməyə hazır üzvləri olan ailələrin dövlətin dəstəyi ilə özünüməşğulluğa cəlb edilməsi nəzərdə tutulur. Eyni zamanda, “Məşğulluq haqqında” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun 1196-VQ nömrəli Qanununa əsasən işsiz şəxslərin özünüməşğulluğunun təşkili zamanı ünvanlı dövlət sosial yardımı alan şəxslərə üstünlük verilməsi müəyyən edilib.

Bununla da, ünvalı dövlət sosial yardımı alan aztəminatlı ailələrin özünüməşğulluğa cəlb edilməsi üçün hüquqi əsas yaradılıb.

 

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz