17 avqust 2018 21:18

Prezident bu yola pul ayırdı - SƏRƏNCAM  

Prezident İlham Əliyev avqustun 17-də “Lənkəran rayonunun Hirkan–Daştatük–Biləsər avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.

Yeddi min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən Hirkan–Daştatük–Biləsər avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 9,1 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.
Bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni Maliyyə Nazirliyi təmin edəcək. Sərəncamdan irəli gələn məsələlərin həll isə Nazirlər Kabinetinə tapşırılıb. 

 

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz