17 avqust 2018 21:09

Gömrük Komitəsinin bu idarələri bayramda da işləyəcək - SİYAHI 

Dövlət Gömrük Komitəsi (DGK) Qurban bayramı ilə əlaqədar iş adamlarına müraciət edib. Fed.az Komitəyə istinadən xəbər verir ki, bəzi gömrük idarələri bayram günündə də çalışacaq.  
DGK xarici iqtisadi fəaliyyət iştirakçılarının nəzərinə çatdırır ki, Qurban bayramı ilə əlaqədar olaraq, Nazirlər Kabinetinin qərarına əsasən, ölkə ərazisində avqustun 22-si və 23-ü qeyri-iş günləridir. Lakin buna baxmayaraq, avqustun 23-də Bakı Baş Gömrük İdarəsi, Sumqayıt Baş Gömrük İdarəsi, Avtonəqliyyat Baş Gömrük İdarəsi, Aksiz Baş Gömrük İdarəsi və Enerji Gömrük İdarəsi tam iş günündə fəaliyyət göstərəcək, idxal-ixrac əməliyyatları ilə məşğul olan iş adamlarının müraciətləri əsasında mal və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi həyata keçiriləcək.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz