16 avqust 2018 18:58

Bakıda yeni bir yol - 11,6 milyon manat ayrıldı

Səngəçal–Çeyildağ avtomobil yolunun tikintisinə 11 milyon 600 min manat vəsait ayrılıb.

FED.az xəbər verir ki, Prezident İlham Əliyev avqustun 16-da “Qaradağ rayonunun Səngəçal–Çeyildağ avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.

Sərəncama əsasən, 6 min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Səngəçal–Çeyildağ avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 11,6 milyon manat vəsait ayrılıb. 

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz