İstanbul Birjası rəhbərsiz qaldı. FED.az xəbər verir ki, Halkbank İdarə heyəti Başçı Vəkili Himmet Karadağ, İstanbul Menkul Qiymətlər Birjasının idarə heyəti Başçısı vəzifəsindən ayrıldığını açıqladı.
4 min xarici sahibkar Türk nazirlə görüşmək istəyir
Twitterdən etdiyi şərhdə, bu gün etibarilə 2016-cı iln aprelindən bəri icra etdiyi Birja İstanbul İdarə heyəti Başçılığı vəzifəsindən ayrıldığını bildirən Karadağ, bunları qeyd edib:
"13.08.2018 tarixi etibarilə Halkbank İdarə heyəti Başçı Vəkili vəzifəsinə başladım. Bu vəzifəyə daha çox vaxt ayırmaq üçün, 2016-cı ilin aprelindən etibarən icra etdiyim Birja İstanbul İdarə heyəti Başçılığı vəzifəsindən bu gün etibarilə ayrıldım.
Qeyd edək ki, idarə heyətinə başçı seçilməsi üçün növbəti yığıncaq 31 avqust 2018-ci il saat 15:00 keçirləcək.