15 avqust 2018 17:09

Xaricilər Azərbaycanda 27 şirkət yaradıb – «NADİR 2018» MMC

Vergilər Nazirliyi Azərbaycanda yaradılan şirkətlərin sayını açıqlayıb.

FED.az-ın məlumatına görə, iyul-avqust aylarında ölkədə daha 212 yeni şirkət təsiri edilib. Yeni yaradılan şirkətlərin böyük hissəsi ölkə vətandaşlarınındır.Eyni zamanda xarici vətandaşlar arasında da Azərbaycan şirkət açanlar var. Belələrinin sayı 27-dir. Məlumatlardan aydın olur ki, ölkəmizdə şirkət yaradan xaricilərin əksəriyyəti İran vətəndaşlarıdır.
 
Qonşu ölkə təmsilçiləri bu dəfə Azərbaycanda 12 şirkət təsis ediblər. Sonrakı yerləri Pakistan və Hindistan  şirkətləri tutur. Xaricilərin yaratdığı şirkətlər sənaye, ticarət, əmlak, təhlükəsizlik, turizm və başqa sahələrə aiddir.
 

Ölkə Yaradlan şirkətlərin sayı
İran 12
Pakistan 4
Hindistan 4
İngiltərə 2
Türkiyə 2
Almaniya 1
Suriya 1
Birləşmiş Ərəb Əmirlikləri(BƏƏ) 1
 
 

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz