15 avqust 2018 12:07

Azərbaycanda dollarla yeni istiqraz buraxıldı – ŞƏRTLƏR

Azərbaycanın aparıcı investisiya şirkətlərindən olan «İnvest AZ» bazara öz istiqrazlarını buraxır. FED.az xəbər verir ki, avqustun 8-də ayında şirkətin istiqraz buraxılışı emissiyası Maliyyə Bazarlarına Nəzarət Palatasında  qeydə alınıb. Sənədə əsasən artıq «İnvest AZ» bir il müddətinə hər biri 1000 dollar olmaqla 1500 istiqraz buraxacaq. İstiqrazların illik gəlirliyi 6%-dir, faizlər 3 aydan bir ödəniləcək. «İnvest AZ»ın istiqrazları buraxıldıqdan 180 gün sonrp geri alına biləcək. Bu zaman əsas məbləğlə yanaşı, həmin günədək hesablanmış faizlər də ödəniləcək.

Şirkətin emissiya prospektində bildirilir ki, istiqrazlardan əldə ediləcək vəsait şirkətin gələcək fəaliyyətinin dəstəklənməsində, o cümlədən şirkətin biznesinin böyük hissəsini təşkil edən marja ticarəti xidmətində müştərilərə verilən marjanın maliyyələşdirilməsində istifadə ediləcəkdir. Şirkət eləcə də, bu emissiya vasitəsilə ilə bazarda şirkətin borclana bildiyi müqayisəvi dərəcəni (benchmark) müəyyənləşdirmək niyyətindədir.

İistiqrazların yerləşdirməsinin başlanmasına ən azı 2 iş günü qalmış hərracın baş tutacağı tarix BFB-nin və anderrayterin saytında investorlara açıqlanacaq.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz