14 avqust 2018 17:16

Türkiyə iqtisadi böhrandan niyə çıxa bilmir? – SƏBƏBLƏR

Türkiyənin valyutası və iqtisadi perspektivi o dərəcədə bərbad hal almışdır ki, bank sahibləri və ticarətçilər Beynəlxalq Valyuta Fondunun böhran əleyhinə tədbirlərinə yaranan ehtiyac barədə danışmağa başlayır - bu isə hələ də tabu mövzu olaraq qalmaqdadır.
 
FED.az Bloomberg-ə istinadən xəbər verir ki, bəziləri hətta narahat olur ki, ABŞ və ölkənin kreditorlarına qarşı itaətsiz davranış nümayiş etdirən Prezident Rəcəb Tayyip Ərdoğan valyutanın dəyərdən düşməsinin qarşısını almaq məqsədi ilə faiz dərəcələrinin artmasını dayandırmaq üçün ən son ümidsiz cəhd kimi kapital hərəkətlərinin nəzaət altına alınması yolunu tutacaq. Prezident investorları arxayınlaşdıra bilməmişdir. İnvestorlar narahatdır ki, Ərdoğan iqtisadi partlayışı sınaqdan keçirmək və onu stimullaşdırmaq üçün özünün daha az ortodoks xarakterli iqtisadi baxışlarını yürüdəcək. ABŞ Prezidenti Donald Tramp Amerika protestant keşişinin casusluq və terrorizm ittihamları ilə həbsə atılmasından sonra Türkiyədən idxal olunan metallar üzrə tarifləri iki dəfə artırmaqla böhran vəziyyətini daha da gərginləşdirir. Tramp həmçinin Türkiyəyə sanksiyalar da tətbiq edir və ölkəyə hədə-qorxu gəlir.

 

1. Bəs Türkiyə iqtisadiyyatında yanlış addım nə idi?

Ərdoğanın 16 illik hakimiyyəti dövrünün əksər hissəsində Tükiyə Çinəbənzər artım səviyyələrindən yararlanmışdır. Lakin cari ödəniş balansının aktiv saldosu ilə ixrac mənbəyinə çevilmiş Çindən fərqli olaraq, Türkiyə dünyanın ən böyük valyuta qıtlığını yaşayır, çünki xarici borc səbəbindən valyuta qıtlığı daha da qızğınlaşmışdır. Ölkələrin böhran vəziyyətdən çıxarılması üçün dünyanın mərkəzi bankları tərəfindən maliyyə vəsaitlərinin bazarlara çıxarıldığı zaman bütün bunlara çox da əhəmiyyət verilmirdi. Amma indi əhəmiyyət verilir, çünki qlobal faiz dərəcələri artır və inkişaf etməkdə olan bazarlara çıxmağa o qədər də can atmayan investorlar öz vəsaitlərini geri götürərək inkişaf etmiş ölkələrə yönəldir. Türkiyə tikinti layihələrinin həyata keçirilməsi və alış-veriş mərkəzlərinin tikilməsi üçün xaricdən alınan və qısamüddətli inkişafa təkan verən on milyardlarla vəsaitin əksər hissəsini sərf etdi. Lakin bu, uzunmüddətli iqtisadi inkişafın və yüksək həyat standartlarının başlıca mənbəyi olan işçibaşına məhsul və ya məhsuldarlığın artırılması baxımından işə az yaradı.

 

2. Bəs hal-hazırda vəziyyət necədir?

Olduqca pis. Inflyasiya təxminən 15 faiz təşkil edir ki, bu da mərkəzi bankın hədəfindən üç dəfədən çoxdur. Hökumət tərəfindən buraxılmış müəyyən borc öhdəlikləri üzrə yığımlar rekord səviyyədədir və Türk lirəsi dəyərini itirməkdədir. Bütün bunlar təkcə istehlakçıların əhval-ruhiyyəsinə və maddi vəziyyətinə təsir etmir, həmçinin korporativ balansları uçuruma sürükləyir. Xarici valyutada külli miqdarda borc götürmüş şirkətlər hazırda lirənin dəyərdən düşməsi və borc xərclərinin artması səbəbindən maliyyə yükünün artması problemi ilə üzləşmişdir. Dövlət borcunu azaltmaq və yüksək faiz dərəcələri ilə iqtisadiyyatı normaya salmaq üçün mərkəzi banka söykənmək əvəzinə, Ərdoğan hətta daha çox tikinti fəaliyyətlərinin maliyyələşdirilməsi üçün aşağı faiz dərəcələrini davam etdirmək istəyir.

 

3. Valyuta məzənnəsi niyə aşağı düşmüşdür?

Dövlət borcu investorları üzrə dünyanın ən əlverişsiz ölkəsi titulunda Türkiyə Argentinanı keçmişdir. 10 illik öhdəliklər üzrə yığımlar özünün ən yüksək həddinə çatmışdır - 20 faizdən yuxarı. Səbəblərdən biri odur ki, investorlar qorxudulur. Bu il ümumi daxili məhsulun 6 faizindən çoxunu təşkil edəcəyi proqnozlaşdırılan cari ödəniş balansının aktiv saldosu - inkişaf etməkdə olan bazarların ən iri boşluqlarından biridir - Türkiyəni vadar edir ki, xaricdən daimi olaraq maliyyə vəsaiti alsın. Hökumət həmçinin sürətlə zəifləməsi gözlənilən ÜDM-nin artırılması vasitəsi ilə qorxan investorların kənarlaşdırılması üçün inflyasiyanı nəzarətdə saxlamalıdır. Mərkəzi bank aprel ayından etibarən faiz dərəcələrini 500 mənbə nöqtəsinə qədər artırmışdır (mənbə nöqtəsi ədədin yüzdə bir hissəsidir), lakin bu, inflyasiyanın nəzarətdə saxlanılması üçün kifayət etməmişdir. İnvestorlar qorxur ki, Ərdoğan israrçı siyasətini davam etdirəcək.
 

4. Niyə görə lirə bu qədər zəifdir?

2016-cı ildə Ərdoğana qarşı dövlət çevrilişinə uğursuz cəhd edildikdən sonra meyadana gələn siyasi çaxnaşma, Avropa və ABŞ-la gərginliyin artması milli valyutanın zəifləməsinin səbəbləri sırasına daxildir. Lakin lirənin zəifləməsinin bir səbəbi də odur ki, Türkiyə administrasiyası inflyasiyanı hərəkətə gətirən inkişaf yolunu tutmuşdur. Yadda saxlamaq lazımdır ki, Türkiyədə daha çox inkişaf daha çox borc deməkdir. Valyutanın dəyərdən düşməsi hətta ixracatın belə idxalatdan, o cümlədən enerjidən çox asılı olduğu bir iqtisadiyyat üçün, habelə 210 milyard dollardan çox azalan xalis xarici valyuta ehtiyatına əsaslanan korporativ sektor üçün bu xüsusilə üzücüdür.

 

5. İnflyasiya niyə məhz bu cür yüksəkdir?

15.85 faiz göstəricisi ilə inflyasiya nəzarətdən çıxmaqdadır, çünki lirənin dəyərdən düşməsi idxal məhsullarının qiymətini artırır. Əksər mərkəzi banklar valyuta dəyərdən düşməzdən əvvəl faiz dərəcələrini artırmaqla bu problemi həll edərdi. Qiymətlər çox sürətlə qalxan zaman bu, ənənəvi bir müdaxilədir. Lakin investorlar hesab edir ki, yüksək borclarla uzun müddət qarşı-qarşıya olan və inflyasiyanın səbəbləri barədə öz xüsusi fikirləri olan Ərdoğan Türkiyənin mərkəzi bankının əllərini bağlı saxlayıb. Bu, o deməkdir ki, bank ən son nəticədə hərəkətə keçən zaman ziyan artıq dəymişdir.

 

6. Bəs Ərdoğanın iqtisadi əqidəsi məhz nəyə əsaslanır?

Ərdoğan hesab edir ki, kitab nəzəriyyəsinin əks fikri doğrudur: "Yüksək faiz dərəcələri əslində inflyasiyaya səbəb olur", deyə o bildirir. Məhz bu səbəbdəndir ki, əksər iqtisadçılar faiz dərəcələrinin daha yüksək olmasının tərəfdarı kimi çıxış etsələr də, prezident faiz dərəcələrini dönə-dönə aşağı səviyyədə saxlamağa çağırmışdır. O həmçinin yüksək maliyyə xərclərini xəyanətlə bərabər tutmuş, Türkiyəni istismar etməyə və daha yüksək gəlir qazanmağa can atan birja möhtəkirlərinin "faiz dərəcəsi lobbisi" adlandırmışdır. Ərdoğana görə, bu təkcə iqtisadi arqument deyildir, həmçinin seçici loyallığı üzərində qələbə qazanmaq strategiyasının bir hissəsidir. İş yerlərini açmaq və Türkiyənin çiçəklənməsini nümayiş etdirmək üçün meqa-layihələrdən istifadə edərək, orta gəlirli əhali sinfi üçün iqtisadi mənfəətlərin vəd edilməsi və ərsəyə gətirilməsi onun siyasi uğurunun əsaslandığı istiqamətlər olmuşdur. Iqtisadi gərginliyə təkan verən dövlət çevrilişindən sonra onun rəhbərlik etdiyi hökumət bu reseptə qayıtmışdır. Stimullaşdırıcı tədbirlər, o cümlədən kredit təminatı fondu vasitəsi ilə kredit vəsaitlərinin geri qaytarılması birinci rübdə 7.4 faiz artıma səbəb oldu.

 

7. BVF yardımına Türkiyənin ehtiyacı olacaqmı?

Böhran əleyhinə əvvəlki tədbirlər planından Türkiyənin bütün borclarının qaytarılması ilə çox fəxr edən və ölkənin, nəhayət ki, iqtisadi müstəqilliyə nail olduğunu iddia edən Ərdoğan üçün bundan yaxşı əlac olmazdı. Lakin reallıq odur ki, Türkiyə kənar ölkələrdən əvvəlkinə nisbətən hazırda daha çox asılıdır. Xarici kreditorlar öz vəsaitlərini Türkiyə bankları və şirkətlərindən dövriyyədən çıxarsalar, bütünlükdə iqtisadiyyat çökəcək ki, investorlar belə bir vəziyyəti "valyuta məzənnəsinin kəskin enməsi" adlandırır. Bu baş verdiyi təqdirdə, iqtisadçılar proqnoz verir ki, Türkiyə son nəticədə BVF-nin qapısını döyməli olacaq.

 

8. Kapital hərəkətlərinə nəzarət nədən ibarətdir?

Bu, özünü müxtəlif formalarda göstərir, lakin ümumilikdə, valyutanın məzənnəsində kəskin fərqlərin yaranmasının qarşısını almaq məqsədi ilə hökumət və ya mərkəzi bank kapital hərəkətlərinə nəzarət tədbirini görür. Türkiyədə kapital hərəkətlərinə nəzarət tətbiq edilsəydi, lirənin dəyərdən düşməsini dayandırmaq və banklara olan axının qarşısını almaq ümidi ilə şirkət və vətəndaşların öz maddi ehtiyatlarını xarici valyutaya dəyişməsi imkanının məhdudlaşdırılmasından ibarət olardı. Əksər ölkələr böhran dövrlərində kapital hərəkətlərinin nəzarətə alınması tədbirinə keçsələr də, BVF bu tədbirə uzun müddət şübhə ilə yanaşmışdır. 2008-ci ildən etibarən Yunanıstan, Kipr və İslandiya fövqəladə maliyyə gərginlikləri ilə mübarizə aparmaq üçün nəzarət tədbirlərinə istiqamətlənmişdir.
 

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz