14 avqust 2018 16:46

Ronaldu İtaliyada futbol biletlərini bahalaşdırıb

Məşhur futbolçu Kriştianu Ronaldunun İtaliyanın «Yuventus» klubuna keçməsi ilə bu ölkədə futbol matçlarına biletlərin qiyməti yüksəlib.

FED.az xəbər verir ki, məşhur ulduzun A Seriyasına keçidi nəticəsində bir sıra oyunlara biletlər dəfələrlə bahalaşıb.

Belə ki, Ronaldunun «Yuventus»a keçməsi rəsmi elan ediən kimi, «Kyevo» klubu çempionatın ilk turunda «Yuventus»la oyuna biletlərin qiymətini 50-60% artırıb.

Belə ki, stadionda ilk sıradakı yerə biletlər 100 avrodan 150 avroya, küncdəki yerlər 30 avrodan 50 avroya, yuxarı tribunalardakı yerlər isə 40 avrodan 60 avroya yüksəlib.

«Parma» klubu isə «Yuventus»la oyuna biletləri düz 7 dəfə artırıb. Bu oyun üçün ən ucuz yerlərin qiyməti 25 avrodan 178 avroya qaldırılıb.

Halbuki Ronaldu gələnə kimi cəmi 190 avro verərək həmin yerə bütün mövsüm üçün birdəfəlik bilet almaq olardı.тшгф

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz