22 noyabr 2016 11:54

Bakıda Beynəlxalq daşınmaz əmlak və investisiya sərgisi keçirilir

Bakıda "RecExpo II" - Beynəlxalq daşınmaz əmlak və investisiya sərgisi keçirilir.

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK), "ElanExpo" və "Atılım Fuarcılık" şirkətlərinin birgə təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində "RecExpo II" - Beynəlxalq daşınmaz əmlak və investisiya sərgisinin açılış mərasimi keçirilib.

Tədbirdə ƏMDK-nin sədri Kərəm Həsənov, xarici dövlətlərin Azərbaycandakı səfirləri, tikinti, inşaat və əmlak şirkətlərinin rəhbərləri iştirak edir.

Sərgidə Azərbaycan, Türkiyə, BƏƏ, Ukrayna, İspaniya, Portuqaliya, Macarıstan, Lüksemburq, Gürcüstan və Şimali Kipr Türk Respublikası kimi 11 müxtəlif ölkədən 100-ə qədər brend tikinti və inşaat layihələri sərgiyə qatılıb.

Sərgidə Azərbaycan daşınmaz əmlak sektorundan Gilan Holdinq, AAF park, AF Holdinq, Azinko, Xəyal Adası, və s. şirkətlər iştirak edir.

Türkiyənin əmlak sektorundan isə Emlak Konut GYO, Ağaoğlu, Gyoder, Onur İnşaat, Reality Port və s. şirkətlər sərgidə təmsil olunur.

 

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz

Xəbərlərə abunə ol

Xəbərlərə abunə ol və bizim eksklüziv təkliflərimiz emailinizə göndərilsin