11 avqust 2018 20:46

"Baku Bus" MMC işçi axtarır - VAKANSİYA

FED.az xəbər verir ki, Baku Bus MMC  “Hesabatlar üzrə mühasib” vakansiyası üzrə işçi qəbulunu elan edir.

İş barədə məlumat

- Mühasibat uçotunun müəssısədə təşkili 
- Təsərrüfat əməliyyatlarının ucotda düzgün əks olunması 
- Pul vəsaitlərinin hərəkətinin ucotu (bank və kassa əməliyyatları) 
- İdxal olunan xammal ,mal, əsas vəsaitlərin düzgün mədaxili və ucotu 
- Xarici və daxili debitor və kreditor borclarına dair hesablaşmaların aparılması və onların ucotuna nəzarət,   
- Vergi, DSMF, məşğulluq, statistika orqanlarına aylıq, rüblük, illik hesabatların tərtib olunması və vaxtında təqdim olunması
- Gömrük bəyannamələri ilə bağlı əməliyyatlar, vergi qanunvericiliyi ilə dəqiq işləmək bacarığı 
- Elektron hökümət portalları ilə işləmək bacarığı
- E-Qaimə və elektron Vergi Hesab Fakturalarının yazılması və göndərilməsi, Daxil olan E-Qaimə və elektron Vergi Hesab Fakturalarına nəzarət

Namizədə tələblər

- Yaş: 25-35
- Ali təhsil (riyazi və iqtisadi sahədə ali təhsilli olması önəmlidir) 
- Azərbaycan dilini sərbəst bilməli (seçim zamanı xarici dil biliyi olanalara üstnülük verilir) 
- Seçim zamanı mühasib kimi istehsalat sahəsində təcrübəsi olan namizədlərə üstünlük verilir 
- MS/office, 1C, Outlook, (word,exsell) proqramlarını bilməsi vacibdir 
- Məsuliyyətli, çevik və komandada işləmək bacarığı olmalı 
- Mühasib kimi 3-5 il bu sahədə təcrübənin olması vacibdir 
- Kollektivə uyğunlaşmalı və şirkətin iş rejimlərinə ciddi riayyət etməli 
- Mühasibat sahəsi üçün qanunvericilik aktlarını və normativ sənədləri bilməli 
- Vergi və əmək məcəlləsini bilməli
- BTP proqramında işləməklə vergi bəyannamələri göndərmək bacarığı 

Qeyd olunmuş tələblərə cavab verdiyiniz halda CV-nizi (anketlərinizi)  cv@bakubus.az elektron ünvanına Subject/Mövzu hissəsində “Hesabatlar üzrə mühasib” qeyd etməklə göndərə bilərsiniz.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz