11 avqust 2018 11:26

Ərdoğandan ABŞ-a xəbardarlıq – «Özümüzə başqa dostlar tapacağıq»

Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğan ABŞ-ın Türkiyədən idxal olunan alüminium və polada vergi tətbiq etməsindən sonra, ABŞ-a xəbərdarlıq edib.

FED.az-ın məlumatına görə, Türkiyə prezidenti bu addımların ABŞ-ın maraqlarına və təhlükəsizliyinə də zərər verdiyini açıqlayıb: «ABŞ Türkiyənin alternativə sahib olduğunu qəbul etməlidir. Bu hörmətsizliyi dayandırmasalar özümüzə yeni dost və müttəfiqlər axtarmağa başlayacağıq».

Ərdoğan ABŞ-a Türkiyə ilə müttəfiqlik dövründəki xidmətlərini də xatırladıb: «Türkiyə, illər ərzində lazım olan hər anda ABŞ-ın köməyinə çatıb. Koreyada əsgərlərimiz birlikdə vuruşdu. Kuba raket böhranının ən yüksək olduğu dövrdə, Türkiyə torpaqlarında Yupiter raketlərinin yerləşdirilməsinə icazə verərək ABŞ-ın vəziyyəti sakitləşdirmək səylərinə qatqı təmin etdi. 11 sentyabr terror hadisələrindən sonra Vaşinqton bunu  edənlərə cavab vermək üçün dostlarını və müttəfiqlərini gözlədiyini, hərbi birliklərimizi buradakı NATO dakı missiyamızı uğurla yerinə yetirmək üçün Əfqanıstana göndərdik deyib».

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz

Xəbərlərə abunə ol

Xəbərlərə abunə ol və bizim eksklüziv təkliflərimiz emailinizə göndərilsin