11 avqust 2018 11:12

Bu il Avropaya 60 mindən çox miqrant və qaçqın gəlib

2018-ci ilin əvvəlindən indiyədək Aralıq dənizi vasitəsi ilə Avropaya gələn miqrant və qaçqınların sayı 60 min nəfəri ötüb, 1524 nəfər isə həlak olub və ya itkin düşüb.

FED.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bunu avqustun 10-da Beynəlxalq Miqrasiya Təşkilatından bildiriblər. Təşkilatın nümayəndəsi Coel Millman Cenevrədə təşkil olunan brifinqdə çıxış edərkən avqustun 8-dək Avropaya 60 min 309 mühacir və qaçqının daxil olduğunu deyib. Onlardan 24,6 minini İspaniya, 19 minini İtaliya, 16,5 minini Yunanıstan, 250 nəfəri Malta, 100 nəfəri isə Kipr qəbul edib.

Həmçinin təşkilatın məlumatına əsasən, 2018-ci ilin əvvəlindən bəri bütün dünyada 2370 mühacir və qaçqın həlak olub.

Qeyd edək ki, ötən ilin analoji dövrü ərzində Aralıq dənizi vasitəsi ilə Avropaya 117 mindən artıq, 2016-cı ildə isə 263 mindən çox miqrant və qaçqın gəlmişdi.

Paylaş
Mənbə

Şərhlər

Şərh yoxdur

Cavab yaz

Xəbərlərə abunə ol

Xəbərlərə abunə ol və bizim eksklüziv təkliflərimiz emailinizə göndərilsin