Dünya birjalarında kənd təssərrüfatı məhsullarının qiyməti azalıb.
FED.az xəbər verir ki, 1 buşel qarığdalının qiyməti 11 sent (2,87%) azalaraq 371,75 sent və ya 1 kiloqram qarığdalının qiyməti 13,77 sent olub.
1 buşel buğdanın qiyməti 17 sent (2,90%) azalaraq 569,50 sentə enib və ya 1 kiloqram buğdanın qiyməti 21,09 sent təşkil edib.
1 funt pambığın qiyməti 2,03 sent (2,33%) azalaraq 85,23 sent təşkil edib və ya 1 kiloqram pambığın qiyməti 1,86 dollar olub.
Birjalarda qızılın qiyməti azalıb. Qızılın 1 unsiyasının qiyməti 1,96 dollar (0,16%) azalaraq 1 210,57 dollara satılır.
İstənilən xarici və yerli şirkətlərin səhmlərini və digər qiymətli kağızlarını «PSG-Kapital» investisiya şirkətinin vasitəsilə əldə etmək olar.
Buğda və pambıq ucuzlaşıb
10:51
11 Avq 2018